“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin
əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Toplum TV”nin əməkdaşı Cavid
Ramazanovun saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən
deyib.
Onun sözlərinə görə, C.Ramazanov barəsində həbs növündən olmayan digər
qətimkan tədbiri var:
“O, cinayət işinə cəlb edilmiş şəxs olduğundan dindirilməsi üçün növbəti dəfə
istintaqa dəvət edilib”.