“Toplum TV” işi üzrə saxlanılanlar barədə qərar qəbul edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə
həbs qətimkan tədbiri seçib.
“Report” xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə
keçirilən iclasda qərar qəbul edilib.
Qərarla Akif Qurbanov dörd ay, Ramil Babayev dörd ay, İlkin Əmrahov isə dörd
ay müddətə həbs olunublar.
Qeyd edək ki, martın altısında sosial şəbəkələrdə “Toplum TV”nin ofisində
axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə,
paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə
və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan
məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci
(qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.