824d937f-72ab-4409-9da0-ab28d49bd088..jpg

“Toplum TV” üzərindən yarım milyon dollardan artıq vəsait qeyri-qanuni şəkildə Azərbaycana çatdırılıb

Baxış sayı: 623 dəfə baxılıb.

“Toplum TV” üzərindən yarım milyon dollardan artıq vəsait qeyri-qanuni şəkildə
Azərbaycana çatdırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toplum TV”nin ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, bir sıra
şəxslər saxlanılıb, hazırda iş üzrə istintaq tədbirləri aparılır.

APA-nın məlumatına görə, əldə olunmuş ilkin nəticələr onu deməyə əsas verir
ki, “Toplum TV” üzərindən yarım milyon dollardan artıq vəsaitin Azərbaycana
çatdırılması və müxtəlif layihələrin, tədbirlərin və fəaliyyətin qeyri-qanuni
şəkildə maliyyələşdirilməsi həyata keçirilib.

Materialların öyrənilməsi zamanı müəyyən olunur ki, Qərbin ölkəmizdə
reallaşdırdığı digər layihələrə nisbətən yeni layihə olan “Toplum TV” mərkəz
olmaqla Azərbaycanda geniş şəbəkənin fəaliyyətinin təmin edilməsi, onların
vasitəsilə sosial, ictimai, siyasi istiqamətlər üzrə cəmiyyətdə narazılığın
artırılması, itaətsizlik mühitinin formalaşdırılması, gərginliyin yaradılması
və inkişaf etdirilməsi strateji xətt kimi təyin olunub.

Prosesə bilavasitə nəzarət ABŞ-nin müəyyən qurumları və ayrı-ayrı institutları
tərəfindən həyata keçirilib.

Qeyd olunmalıdır ki, əvvəlki dövrdə də ABŞ tərəfindən Azərbaycanda analoji
fəaliyyətin təşkil edilməsi və idarə olunması, bu prosesin 1990-cı illərin
sonlarından başlayaraq artan xətt üzrə inkişaf etdirilməsinə dair çoxsaylı
faktlar var. Azərbaycanda ABŞ-nin Milli Demokratiya İnstitutunun (NED),
USAİD-in və digər təşkilatların fəaliyyəti, NED-in Azərbaycan üzrə ofisinin
rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə 2011-2012-ci illərdə bu
məqsədlərə iki milyon ABŞ dolları həcmində vəsait xərcləndiyi, həmin dövrdə
gənclərin Bakıda Fəvvarələr meydanında itaətsizlik aksiyalarının keçirilməsi,
hətta “molotov kokteylləri”ndən istifadə edilməsinin planlaşdırılması da
müəyyən edilmiş faktlardır.

Qərbin Azərbaycanda yaratdığı şəbəkəyə yerlərdə rəhbərlik edən şəxslərin bu
prosesdə fəal iştirakı, onların məsələnin mahiyyəti barədə xəbəri olmayan
gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb etmələri mahiyyət etibarilə öz
təsdiqini tapır. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər
sərbəst buraxılır. Ancaq onlar da cəlb olunduqları fəaliyyətin mahiyyətini dərk
etməli və gələcəkdə bu tipli anti-milli fəaliyyətdən kənar durmalıdırlar.
Hazırda həbsdə olan şəxslər də istintaq orqanları ilə əməkdaşlıq etməlidirlər.

Şəbəkəyə yerlərdə rəhbərlik edən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri
Akif Qurbanov, “Toplum TV”nin rəhbəri Xədicə İsmayıl və digər şəxslər bu
fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində
vəsaitlər alıblar, məsələlərdən xəbərsiz olan gənclərə isə çox az məbləğdə
vəsait verilib.

O da məlum olub ki, qeyri-qanunu maliyyə əməliyyatları Gürcüstan üzərindən
həyata keçirilib.

Source link