29b01744-4a45-45dc-ac0f-ed30ce11dae1..jpg

“Toppuş bacı”nın vəsiyyəti açıqlandı – YENİLƏNİB + FOTO

Baxış sayı: 415 dəfə baxılıb.

“Toppuş bacı”nın vəsiyyəti açıqlandı – YENİLƏNİB + FOTO

Əməkdar artist Tünzalə Əliyevanın dəfn olunacağı tarix və yer açıqlanıb.

Bu barədə “Toppuş bacı”nın həmkarı Ülviyyə Əliyeva Axşam.az-a məlumat verib.

O bildirib ki, aktrisa sabah dəfn olunacaq:

“Atası Gəncədən gəlir. O gələndən sonra nəşi Heydər Əliyev məscidinə
aparılacaq. Dəfn mərasimi sabah olacaq. Əvvəl deyirdilər ki, Gəncədə torpağa
tapşırılacaq. Amma özü vəsiyyət edib ki, Bakıda dəfn olunum. Övladım məzarımı
ziyarət edə bilsin. Qərar atası gələndən sonra veriləcək”.

Aktrisanın bacısı Zülfiyyə mərhumun Xırdalan qəbiristanlığında torpağa
tapşırılacağını bildirib.

“Bacımla vida mərasimi sabah keçiriləcək. Sevənləri onunla Heydər məscidində
vidalaşa bilərlər”, – deyə, aktrisanın bacısı əlavə edib.

Qeyd edək ki, T.Əliyeva bu gün səhər saatlarında Milli Onkologiya Mərkəzində
vəfat edib. Sənətçinin bir qız övladı var.

13:40

Tünzalə Əliyevanın həyat yoldaşı Royal Babayev Əməkdar artistin ölümü ilə
bağlı paylaşım edib.

Cixisyolu.com xəbər verir ki, “Instagram” hesabında paylaşım edən R.Babayev həyat
yoldaşını çox sevdiyini qeyd edib:

“Sən gördüyüm və tanıdığım ən gözəl insan idin. Ən gözəl həyat yoldaşı idin!
Həm ata, həm ana idin mənə. Sən mənim həm bacım, həm qardaşım oldun. Mənə ən
yaxın dost idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun, mənim
gözəl həyat yoldaşım. İnşallah, qiyamətdə görüşərik!”.

12:20

Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib.

Bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.

Qeyd edək ki, hər kəsin “Toppuş bacı” kimi tanıdığı T.Əliyeva uzun sürən ağır
xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.

Source link