Törətdiyi cinayəti etiraf etdi: Özünü öldürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tovuzda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
Kənd sakini 37 yaşlı Ruslan Rafiq oğlu Ələkbərov bu səhər yaşadığı evin
həyətində özünü asıb. Onun asılmış meyitini anası tapıb.
Əldə edilən məlumata görə, R.Ələkbərov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.
O, ötən gün oğurluq hadisəsinə görə polisə çağırılıbmış.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
bildirilib ki, sözügedən şəxsin soyuducu oğurlaması barədə Tovuz Rayon Polis
Şöbəsinə müraciət daxil olub. Həmin şəxs valideyni ilə birlikdə Polis Şöbəsinə
dəvət olunub. İzahatında R.Ələkbərov törətdiyi əməli etiraf edərək, həmin
soyuducunu başqa şəxsə satdığını bildirib. Şəxsin xəstəliyi nəzərə alınaraq
valideyni ilə birlikdə sərbəst buraxılıb.