Bakının Suraxanı rayonunda iki qardaş arasında dava düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış massivində baş verib. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Həşimov Elgün Füzuli oğlu qardaşı tərəfindən döyülüb.
Hadisənin torpaq məsələsinə görə baş verdiyi bildirilir.
Baş nahiyəsindən xəsarət alan yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb. Ona başın yumşaq toxumasının əzilməsi diaqnozu qoyulub.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu