Torpaq bazarında canlanma: Tikinti materiallarının qiymətində artım
gözlənilir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda torpaq bazarında canlanma gözlənilir.
Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur
Fərzəliyev hesab edir ki, mövsümlə əlaqədar ölkədə torpaq sahələrinə tələbat
yenidən artacaq.
Onun sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisinə əsasən yaz və yay
aylarında üstünlük verildiyi üçün torpaq alqı-satqısında aktivlik müşahidə
edilir.
Ekspert bildirib ki, tələbatın artması torpaq bazarında qiymətlərə də təsir
edəcək. O qeyd edib ki, son vaxtlar bölgələrdə də torpaq sahələrinə maraq artıb.
Ekspert onu da əlavə edib ki, qarşıdakı aylarda tikinti materiallarının
qiymətində də artım gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: