bf1a21c8-41dc-496f-9b98-30438d34aa1e..jpg

“Tottenhem” 10 nəfərlə qalib gəlib “Mançester Siti”ni “taxtdan saldı” – VİDEO

Baxış sayı: 598 dəfə baxılıb.

“Tottenhem” 10 nəfərlə qalib gəlib “Mançester Siti”ni “taxtdan saldı” – VİDEO

İngiltərə Premyer Liqasında VIII tura start verilib.

Cixisyolu.com xəbər verir ki, açılış matçında “Tottenhem” “Luton”un qonağı olub.

Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. 52-ci
dəqiqədə Miki van de Venin vurduğu qol matçda yeganə olub. 45+4-cü dəqiqədə
Yves Bissumanın ikinci “sarı”dan qırmızı vərəqə görməsi ilə “Tottenhem” ikinci
hissəni 10 nəfərlə keçirib.

Qələbə sayəsində xallarını 20-yə çatdıran “Tottenhem” “Mançester Siti”ni
geridə qoyaraq turnir cədvəlində azı bir günlük liderliyi ələ keçirib. 18 xalı
olan şəhərlilər sabah 17 xalla üçüncü olan “Arsenal”la səfər oyununa çıxacaqlar.


Source link