“Tottenhem” baş məşqçisini istefaya göndərdi

Baxış sayı: 1. 938 dəfə baxılıb.

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

Maurisio Poçettino İngiltərə “Tottenhem”inin baş məşqçisi vəzifəsindən azad edilib.

Сhampionat.com” xəbər verir ki, argentinalı mütəxəssis komandanın Premyer Liqadakı uğursuz nəticələrinə görə istefaya göndərilib.

London təmsilçisi 12 turdan sonra 14 xalla 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Maurisio Poçettino “Tottenhem”ə 2014/2015 mövsümündə baş məşqçi təyin olunub. O, ötən mövsüm komandanı Çempionlar Liqasının finalına yüksəldib. 2018-ci ilin mayında onunla yeni müqavilə bağlanılıb.

Daha əvvəl mütəxəssis “Espanyol” və “Sauthempton” klublarını çalışdırıb.