663809a4-5daf-4708-8614-bd0f40d12f02..jpg

“Tottenhem” doğma meydanda “Arsenal”a məğlub oldu – VİDEO

Baxış sayı: 393 dəfə baxılıb.

“Tottenhem” doğma meydanda “Arsenal”a məğlub oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə İngiltərə çempionatının 35-ci turunda London derbisində “Arsenal”
“Tottenhem”i məğlub edib.

Cixisyolu.com xəbər verir ki, “Tottenhem”in meydanında baş tutan görüş 3:2 hesabı ilə
başa çatıb.

“Kanonirlər”in qolunu Bukayo Saka (27-ci dəqiqə) və Kay Haverts (38-ci dəqiqə)
vurublar, 15-ci dəqiqədə “Tottenhem”in yarımmüdafiəçisi Pyerr Höyberq topu öz
qapısına göndərib. Uduzan komandada qolları Kristian Romero (64) və Son Xın Min
(87, penalti) vurublar.

Premyer Liqanın lideri “Arsenal” 35 oyundan 80 xal toplayıb və ikinci yerdə
qərarlaşan “Mançester Siti” ilə fərqi yenidən dörd xala çatdırıb. Pep
Qvardiolanın komandasının ehtiyatda iki oyunu var, onlar “Nottingem Forest” ilə
qarşılaşacaqlar. “Liverpul” turnir cədvəlinin üçüncü pilləsində (35 oyundan
sonra 75 xal), “Tottenhem” isə (33 oyunda 60 xal) beşinci yerdədir.

Source link