“Tottenhem”in kapitanı ardıcıl yeddinci dəfə Asiyanın ən yaxşı futbolçusu
seçilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İngiltərənin “Tottenhem” klubunun kapitanı Son Hın Min ardıcıl yeddinci dəfə
Asiyada ilin futbolçusu seçilib.
31 yaşlı hücumçu hamıdan çox səs toplayaraq, 2023-cü ilin oyunçusu adına layiq
görülüb.
O, ümumilikdə 9-cu dəfə bu fərdi mükafatı qazanıb. Respondentlərin 22,9 faiz
səsini toplayan Son Hın Min 19,5 faiz səs yığan “Bavariya”dakı (Almaniya)
həmyerlisi Kim Min Ceni qabaqlayıb.
Mənbə: ua-football.com