Tovmasyan: “Delimitasiyadan sonra Ermənistanın öz suveren ərazisi haqqında
məlumatı olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanla sərhədi delimitasiya və demarkasiyadan sonra Ermənistanın öz
suveren ərazisi haqqında informasiyası olacaq”.
Erməni mətbuatının məlumatına görə, bu barədə Ermənistan Kadastr Komitəsinin
rəhbəri Suren Tovmasyan məlumat verib.
Onun iki müavini ölkənin baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik
etdiyi delimitasiya və demarkasiya komissiyasının işində iştirak edir.
Tovmasyana Nikol Paşinyanın Ermənistanın “kadastr şəhadətnaməsi”nin olmadığı
barədə sözləri xatırladılıb. Komitə rəhbərinin sözlərinə görə, baş nazirin
bəyanatı sərhədlərin delimitasiya edilməməsi deməkdir. Məmur üçün sərhədlərin
delimitasiyası və demarkasiyasının əsas aspekti – hüquqi qiymətdir. Yalnız
hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesində hansı
xəritələrdən istifadə olunacağını söyləmək mümkün olacaq.
Xatırladaq ki, ötən ilin yazında Paşinyan Milli Assambleyada bəyan etmişdi ki,
Ermənistan xalqı 30 ildir ki, “kadastr şəhadətnaməsi” olmayan ərazidə yaşayır.