Tovuzda bədbəxt hadisə baş verib.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Bəhmən Mehman oğlu Allahverdiyev elektrik mişarı ilə işləyən zaman ehtiyatsızlıqdan əl barmaqlarını kəsib.
Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti kafidir.