d0ff3f5c-5c0c-41fe-b903-1c07c77cc432..jpg

Tovuz sakinindən tapança-pulemyot götürülüb – FOTO

Baxış sayı: 459 dəfə baxılıb.

Tovuz sakinindən tapança-pulemyot götürülüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli
bilinən rayon sakini Nuru Tağıyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu
məlumat yayıb.

Bildirilib ki, onun üzərindən bir ədəd atəşə yararlı, “EAGLE” markalı
tapança-pulemyot, bir ədəd həmin silaha aid daraq və üç ədəd 9 mm-lik patron
aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya
təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Source link