Tovuz rayonunda mübahisə bir nəfərin güllələnməsi ilə nəticələnib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. Silahdan iki atəş açılıb. Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb.
İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbiristanlığında mal-qara otarılmasıdır. Belə ki, Nəriman Abdıyev Habil Qasımovdan kənd qəbiristanlığında mal-qara otarmamasını istəyib.
Nəticədə tərəflər arasında insident yaşanıb. Sonuncu mübahisə isə H.Qasımovun güllələnməsi ilə nəticələnib.
Keçirilən əməliyyatla hadisəni törədən Nəriman Abdıyev Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.