Tovuzda 25 yaşlı gənci qətlə yetirib, meyiti yandıran şəxs çoban olub –
TƏFƏRRÜAT – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatı məlum
olub.
“Report”un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Tovuz
rayonu Aşağı Öysüzlü kəndində, “Ağ dağ” deyilən ərazidə yerləşən fermaların
birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma
sahibinin oğlu olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Eldar İbrahimov isə
orada çobanlıqla məşğul olub.
Hadisənin Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilib. Cinayəti
törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.
Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
08:45
Tovuzda 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional
qrupundan bildirilib.
Noyabrın 18-i gecə saatların rayonun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən
fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə
gələrək müvafiq tədbirlər həyata keçiriblər. Yanğının qarşısı alınaraq
söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində
meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus
olması müəyyən edilib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi
münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək
məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il
təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.