4f191ea3-0c79-4fb0-999b-dfbcdb4741f1..jpg

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Baxış sayı: 335 dəfə baxılıb.

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi
baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə
alınıb.

Belə ki, rayonun Düz Cırdaxan kənd sakini Firuz Qocayev idarə etdiyi “Toyota
Corolla” markalı avtomobillə piyada, Tovuz rayonunun Abulbəyli kənd sakini
1978-ci il təvəllüdlü Almaz Abdullayevanı vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Source link