5edba8d7-06d1-4560-a88a-514a1cf772b7.webp

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Baxış sayı: 143 dəfə baxılıb.

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə
regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri
müvafiq tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2108 markalı
avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum
olunmuş O.Hüseynli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link