Tovuz sakini qidadan zəhərlənib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Niyaməddin Fazil oğlu Cavadzadə dönər yedikdən sonra özünü pis hiss edib.
O, dərhal Tovuz rayon xəstəxanasına aparılıb. Həkimlər dönərdən zəhərlənən gəncin vəziyyətinin kafi olduğunu bildiriblər.
Nazir Quliyev