dafc2e2d-ad6e-4f6b-96ec-d72d097b62b1..jpg

Tovuzda iki minik avtomobili toqquşdu – FOTO

Baxış sayı: 733 dəfə baxılıb.

Tovuzda iki minik avtomobili toqquşdu – FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com-ın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə
alınıb.

Hərəkətdə olan VAZ-2106 markalı avtomobil VAZ-2107 markalı maşınla toqquşub.

Nəticədə VAZ-2107 markalı nəqliyyat vasitəsi yoldan çıxaraq avtomobil sexinə
çırpılıb.

Bu zaman VAZ-2107-də olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov
xəsarət alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin
qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Source link