388c67be-19e9-4b9b-8331-7f8d857a3fa6..jpg

Tovuzda qəbiristanlıqlardan oğurluq olub – FOTO/VİDEO

Baxış sayı: 676 dəfə baxılıb.

Tovuzda qəbiristanlıqlardan oğurluq olub – FOTO/VİDEO

Tovuzda qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən
xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan
silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb.

Araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində
işləyən M.Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının
yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb. Şübhəli
şəxsin analoji cinayətlər törətməsi istisna olmadığından faktla bağlı
istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Source link