514c80d7-f57c-40ba-8fdf-67004e39ec3e..jpg

“Toxum subsidiya”larının verilməsində nöqsanlar aşkarlanıb

Baxış sayı: 382 dəfə baxılıb.

“Toxum subsidiya”larının verilməsində nöqsanlar aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Elit” sinifli toxum alınmadığı halda R1 reproduksiyalı toxumlar
üçün subsidiya ödənilib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi”
rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, əvvəlki illərdə “Elit” sinifli toxumu (gömrük bəyannamələri,
elektron qaimə-fakturalar və ya Kənd Təsərrüfatı Nazirliyinin “Elit” toxumunun
güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə) alınmadığı
halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal edilərək satılması adı
altında toxumçu təsərrüfatı kimi qeydiyyata alınmış şəxslərə toxum
subsidiyalarının ödənilməsinə yol verilib.

“Eyni zamanda, ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2 %-ni, 2022-ci ildə
53,7 %-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış hüquqi və fiziki şəxslər
üzrə həmin toxumun istehsalı üçün bəyan dövründə müvafiq əkin sahələri bəyan
olunmayıb”, – hesabatda deyilir.

Bildirilir ki, qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında
araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin tətbiqi təmin
edilməyib, alış və satış əməliyyatlarının mühüm təsdiqedici ilkin sənədləri
kimi elektron qaimə-fakturalara və idxalda gömrük bəyannamələrinə
əsaslanmamaqla toxumçuluğun subsidiyalaşdırılması prosesi üzərində məsafədən
dövlət nəzarətinin müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli
və ya reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında qoyub ki,
bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin və “toxum subsidiyası”
adı altında əsassız ödənişlərin həyata keçirilməsinin qarşısının alınmasına
yardım etmir.

Source link