Britaniyanın Çeşir qraflığında keçirilən izdivac mərasimində maraqlı insident yaşanıb.
ÇıxışYolu.Com “The Guardian”a istinadən xəbər verir ki, Pekforton qəsrində keçirilən mərasimdə bayquş qonaqlardan birinə hücum çəkib.
Təlim keçmiş bayquş mərasimə bəxt üzüklərini daşımaq məqsədilə gətirilib. Əvvəl quş hər şeyi öyrədildiyi kimi edib; onu gözləyən sağdışa yaxınlaşaraq əlinə oturub.
Ancaq bir qədər sonra nədənsə qıcıqlanaraq, birinci sırada əyləşən kişinin üzərinə şığıyıb.
Qonaq buna hazır olmayıb və bayquşun qəfil hücumundan sonra gülüş sədaları altında yerə yıxılıb.