Abşeronda toyda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb.
ÇıxışYolu.Com-nun məlumatına görə, hadisə Fatmayi kəndində keçirilən toy məclisində qeydə alınıb.
Həyətdə qurulan toy məclisində qonaqlar arasında kütləvi dava olub. Davada 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu və 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Onlar təcili olaraq cərrahi əməliyyat edilərək, reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu