deed7fb4-9356-4419-8d61-f7c18e6726ea.jpg

Toydan sərxoş çıxan gənc həmkəndlisini arvadının gözü qarşısında öldürdü – AĞIR CƏZA

Baxış sayı: 118 dəfə baxılıb.

Samuxda tanışını öldürməkdə təqsirləndirilən Eltac Çələbiyevin barəsindəki
hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin
hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

Şikayət hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eltac Çələbiyev 17 il müddətinə
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Eltac Xuday oğlu Çələbiyev Samux rayonu
Burunqovaq kəndi ərazisində şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü
Muraz Rəhim oğlu İbrahimovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət
Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Eltac Çələbiyev hadisə günü kənddə iştirak etdiyi toy
məclisində spirtli içki qəbul edib. O, mağarın qarşısında dayanarkən həmin vaxt
həmkəndlisi Muraz İbrahimovun arvadı ilə birlikdə toy məclisindən çıxıb
getdiklərini görüb. Sonra təqsirləndirilən şəxs onların arxasınca gedib
mağardan 60 metr məsafədə küçədə üzərində gəzdirdiyi bıçaqla onu hədələyib
nalayiq söyüşlər söyüb. Nəticədə Eltac onu arvadının gözü qarşısında
bıçaqlayaraq öldürüb.

Source link