“Toyota”nın Azərbaycandakı rəsmi dileri “Toyota” Abşeron Mərkəzi “Toyota” sahiblərinə tez-tez sərfəli kampaniyalarla bağlı yeni xəbərlər verir. Bu dəfə Novruz bayramı ərəfəsində Mərkəzin ənənəvi servis kampaniyası başlayır.
Belə ki, kampaniya çərçivəsində “Toyota” Abşeron Mərkəzinə müraciət edən “Toyota” sahibləri Novruz bayramına qədər bir ay boyunca hər həftə fərqli xidmətləri pulsuz əldə edəcəklər, bəzi xidmətlərə isə endirimlərdən faydalanacaqlar.
Pulsuz xidmətlərə daxildir:
– Su çərşənbəsi həftəsi: soyutma sisteminin, yağlar və digər mayelərin səviyyəsinin və keyfiyyətinin yoxlanması
– Od çərşənbəsi həftəsi: yanacaq sisteminin tam diaqnostikası
– Yel çərşənbəsi həftəsi: havalandırma sistemlərinin diaqnostikası
– Torpaq çərşənbəsi həftəsi: hərəkət hissələrinin diaqnostikası
Həmçinin, müştərilər kampaniya boyu xidmət haqqına 20%, əlaqəli ehtiyat hissələrinə isə 10% endirim əldə edəcəklər.
Qeyd edək ki, rəsmi diler “Toyota” Abşeron Mərkəzinin salonunda ziyarətçilərə bütün model cərgəsi nümayiş edilir, geniş ehtiyat hissələri bazası təklif edilir, test-drayv edərək avtomobilləri sınaqdan keçirmək və zəmanət üzrə servisdən yararlanmaq imkanı verilir. Bu tamamilə şəffaf konsepsiya ziyarətçilərin ustaların işini izləməsinə və bütün prosesləri öz gözləri ilə görməsinə şərait yaradır.
Rahat istirahət zalı da hər zaman ziyarətçilərin xidmətindədir. Mərkəzdə hər növ təmir xidməti göstərən peşəkar ustalar xüsusi təlimlərdən keçərək sertifikatlar əldə ediblər. Servis üçün öncədən qeydiyyatdan keçmək imkanı sayəsində müştərilər növbələrdə gözləmir.
“Toyota” Abşeron Mərkəzi Bakı-Sumqayıt şossesi 6-cı km. ünvanında yerləşir. Əlaqə üçün:
Tel.: +994 12 349 00 60 / *0110
Email: info@toyota-absheron.az
Web: www.toyota-absheron.az