Yaponiyanın “Toyota” şirkəti bir milyondan çox “Prius” və “C-HR” modellərindən olan avtomobilini yanğın riski səbəbindən geri çağıracaq.
ÇıxışYolu.Com “Vesti.Ekonomika”ya istinadla xəbər verir ki, geri çağırış “Prius” avtomobillərinin son nəslinə məxsus bütün avtomobillərə, o cümlədən bu ilin mayına kimi istehsal olunan elektromobillərə və “C-HR” modellərinin hibrid versiyalarına aiddir.
Şirkətin rəsmi nümayəndəsi Jan-İva Jo deyib ki, 1,03 milyon avtomobildən 554 mini Yaponiyaya, 192 mini isə ABŞ-a göndəriləcək.
Qalan avtomobillərin istehsal olunduğu ölkələr açıqlanmayıb.
Şirkətdən bildirilib ki, bloku mühərrikə qoşan naqillər zaman keçdikcə qısaqapanmaya və hətta yanğına səbəb ola bilər.