“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur.
Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan
“Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə,
iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət
göstərməsinin dayandırılmasıdır.
Bəs ucuzlaşma nə qədər davam edəcək?
İqtisadçı Xalid Kərimli bildirib ki, köhnə avtomobillərin qiyməti bazara
çıxarılan avtomobillərin sayından asılı olaraq dəyişəcək:
“Ucuzlaşma qərar qüvvəyə minəndən sonra ən azı altı ay və bir il davam edəcək.
Nəzərə alsaq ki, 2024-cü ildən köhnə maşınların utilizasiya haqqı da yeni
maşınlara nisbətən daha yüksəkdir. Bu baxımdan bunların hamısı köhnə avtomobil
almaq istəyənlərin sayına və qiymətin ucuzlaşmasına təsir edir”.
Ətraflı Baku TV-nin süjetində: