8095521e-ef9c-4274-bf29-4f41a1ef87b0..jpg

Toyqabağı şəhid olan polis – VİDEO

Baxış sayı: 452 dəfə baxılıb.

Toyqabağı şəhid olan polis – VİDEO

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya
qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən
terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yaxınları
Baku TV-yə danışıblar.

29 yaşlı şəhidin nənəsinin sözlərinə görə, nəvəsi evini təmir etdirirmiş,
noyabrın 12-də isə toyu olacaqmış.

“Balam bizi yox, Vətənini seçdi. Gecə saat 2-də getdi, səhər saat 10-da xəbəri
çıxdı”, – o söyləyib.

Şəhidlik arzusunda olan Asimin anası isə övladının vətən sevgisindən bəhs edib:

“Balaca olanda ona vətənpərvərliklə bağlı şeirlər öyrədirdim. Asimə oyuncaq
silah almışdıq. Deyirdi ki, bununla erməniləri öldürəcəyəm”.

Ətraflı süjetdə:


Source link