“Trabzonspor” – “Fənərbağça” matçından sonra 12 nəfər saxlanıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən gecə “Trabzonspor” – “Fənərbağça” matçından sonra yaşanan qalmaqala görə
12 nəfər saxlanılıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında
paylaşım edib.
“Super Liqada “Trabzonspor” – “Fənərbağça” matçından sonra baş verən
hadisələrlə bağlı ilkin təsbitlərə görə, 12 nəfər saxlanılaraq nəzarət altına
alınıb və barələrində lazımi araşdırmalar aparılır.
İndiyədək müəyyən edilən 12 şəxs barəsində məhkəmə və inzibati proseslərə
başlanılıb. İstintaq davam edir”, – deyə nazir bildirib.
Xatırladaq ki, ötən gecə “Fənərbağça”nın 3:2 qalib gəldiyi matçdan sonra
“Trabzonspor” azarkeşləri qonaq futbolçulara hücum ediblər və futbol arenası
döyüş meydanına çevrilib.