Türkiyənin “Trabzonspor” klubu “Qəbələ”nin sabiq futbolçusu Leonardo Da Silvanı transfer etmək istəyir.
ÇıxışYolu.Com xəbər verir ki, azad agent statusuna malik braziliyalı hücumçu ilə ilkin razılığa gəlinib.
26 yaşlı forvardın son iş yeri 19 qarşılaşmada on qola imza atdığı Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandası olub. O, 2013/14 mövsümündə çıxış etdiyi “Qəbələ”də 31 oyuna yeddi qol vurub.
Qeyd edək ki, “Trabzonspor”un hücum xəttində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də yer alıb. Lakin gənc forvardın Avstriya “Matersburq”una keçəcəyi bildirilir.