dfc430ff-e784-4d97-abfd-e33fe9b10248..jpg

“Trabzonspor”a ən böyük uğurlar qazandıran baş məşqçi 87 yaşında vəfat edib

Baxış sayı: 3. 180 dəfə baxılıb.

“Trabzonspor”a ən böyük uğurlar qazandıran baş məşqçi 87 yaşında vəfat edib

Türkiyənin “Trabzonspor” klubunun əfsanəvi məşqçisi Ahmet Suat Özyazıcı
dünyasını dəyişib.

Türkiyə mətbuatı yazır ki, 87 yaşlı Ahmet Suat Özyazıcı bu gün axşam
saatlarında evində vəfat edib.

Qeyd edək ki, “Trabzonspor” ən böyük uğurlarını məhz Ahmet Suat Özyazıcının
rəhbərliyi altında qazanıb.

Belə ki, o Anadolu klubuna 4 dəfə Türkiyə çempionluğunu, 3 dəfə Türkiyə
Kubokunu və 5 dəfə Türkiyə Super Kubokunu qazandırıb.

Mənbə: Haber Global

Source link