6879c100-d31d-4870-b935-468cba19a209..jpg

“Trabzonspor”un rəqibi qol vuracağı halda sevinilməyəcəyini açıqladı

Baxış sayı: 833 dəfə baxılıb.

“Trabzonspor”un rəqibi qol vuracağı halda sevinilməyəcəyini açıqladı

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Trabzonspor”un qonağı olacaq
“Bazel”in baş məşqçisi Hayko Fogel maraqlı açıqlama ilə çıxış edib.

O, 4 saatlıq uçuşdan sonra hotelə gəldiklərini və türkiyədəki təbii fəlakət
fonunda sabahkı matçın əhəmiyyətsiz olduğunu deyib.

Mütəxəssis, həmçinin “Trabzonspor”un qollara və ya digər hadisələrə sevinməmək
qərarını da alqışlayıb.

“Trabzonspor”un aldığı bu qərara hörmətlə yanaşırıq. Bununla mütləq
razılaşacağıq. Bu axşamkı yığıncaqda futbolçularıma tapşıracağam ki, qolları
sevinclə qeyd etməsinlər. Biz bu qərarla razılaşacağıq”, – deyə Fogel əlavə
edib.

Mənbə: Haber Global

Source link