b3a8d674-77da-4a5a-9e1f-405abdc45ca1..jpg

“Traktor” futbol klubunun həbsdə olan keçmiş oyunçusu aclıq aksiyasına başlayıb – FOTO

Baxış sayı: 335 dəfə baxılıb.

“Traktor” futbol klubunun həbsdə olan keçmiş oyunçusu aclıq aksiyasına
başlayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təbrizin “Traktor” futbol klubunun keçmiş oyunçusu Əmir Nəsr Azadi İsfahanın
Dəstgerd şəhər zindanında aclıq aksiyası keçirir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bildirilib ki, 2022-ci il etirazları zamanı həbs edilən keçmiş futbolçu
təkadamlıq kameraya köçürülüb və iki gün öncə aclıq aksiyasına başlayıb.

Qeyd olunub ki, Əmir Nəsr Azadinin adı ilə “X” və “Instagram” platformalarında
hesab açılıb. Onun bacısı Hədisin sözlərinə görə, bu hesablarda qardaşının
mesaj və müraciətləri paylaşılacaq.

Aprelin 5-də isə sözügedən hesablarda paylaşım edilərək vurğulanıb ki,
ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) Əmir Nəsr Azadini sosial media
hesablarının aktivləşməsi səbəbindən təkadamlıq kameraya köçürüb.

Source link