Hindistanın “Mohun Baqan” klubu Asiya Çempionlar Liqasının II Divizionundan
qovulub.
Cixisyolu.com “Indianatoday”ə istinadən xəbər verir ki, bu barədə Asiya Futbol
Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, sözügedən qarşılaşma oktyabrın 2-də baş tutmalı idi.
Lakin “Mohun Baqan” klubu həmin ərəfədə İranın İsraili bombalamasından sonra
Çempionlar Liqasının II turunun “Traktor”la oyunu üçün Təbrizə getməyib.
Məhz bu səbəbdən Asiya Futbol Konfederasiyası “Mohun Baqan” klubunu Asiya
Çempionlar Liqasının II Divizionundan qovub.
Qeyd edək ki, “Mohun Baqan” altıqat Hindistan çempionu və son ölkə
çempionatının qalibidir.