“Traktor”un oyununda ana dilində təhsil tələbi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təbrizin “Səhənd” stadionunda keçirilən futbol oyununda Güney Azərbaycanın
“Traktor” milli futbol komandasının azarkeşləri ana dilində təhsilə icazə
verilməsi tələbi ilə şüarlar səsləndiriblər.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, videolar sosial şəbəkələrdə
Təbriz klubunun fan hesablarında yayımlanıb.
Azarkeşlər bir neçə dəqiqə dayanmadan “Yaşasın Azərbaycan!”, “Türk dilində
məktəb olmalıdır hər kəsə!” şüarları səsləndiriblər.