“İslam dövləti” terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi rəsmən təsdiqini tapdı.
ABŞ hərbçilərinin Suriyanın İdlib şəhərində terrorçunu öldürdüyünü prezident Donald Tramp şəxsən təsdiqləyib.
O, həmçinin bildirib ki, əməliyyat zamanı əl-Bağdadinin çoxlu sayda tərəfdarı da məhv edilib, amerikalı hərbçilər isə itki yaşamayıblar.