Tramp ABŞ polisini rüsvay etdi

Tramp ABŞ polisini rüsvay etdi

Baxış sayı: 2. 718 dəfə baxılıb.

“Silahsız belə Parklendəki məktəbə basqın edə bilərdim”

ÇıxışYolu.Com  “Euronews.com” istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə  ştat qubernatorları ilə keçirdiyi görüşdə səsləndirib.

ABŞ lideri bu yaxınlarda  Floridanın Parklend şəhərində yerləşən “Marcori Stounmen Duqlas” məktəbində baş vermiş qanlı insidentdən danışıb.

O, məktəb mühafizəçilərinin və polisin gördüyü işin “əsl rüsvayçılıq” olduğunu vurğulayıb.

“Səmimi deyirəm, onlar özünü çox iyrənc aparıb. Baş verənlərə sadəcə kənardan dinləyiblər. Onlardan biri hadisə yerinə hamısından tez gəlib. Sonra daha üç nəfər gəlib. Hamıda eyni şeyi təkrarlayıb. Öz başına gəlməyincə kənardan demək asandır. Ancaq hər halda, həqiqətən belə hesab edirəm ki, silahım olmasaydı belə həmin məktəbə daxil ola bilərdim” deyə Tramp bildirib.

Fevralın 14-də  Parklend şəhər məktəbinin keçmiş məzunu odlu silahla məktəb binasına daxil olaraq 17 nəfəri qətlə yetirib.

www.ÇıxışYolu.Com