ABŞ prezidenti Donald Tramp İŞİD-in süqutundan sonra ölkəsinə aid hərbi kontingentin tamamilə Suriyanı tərk edəcəyini bəyan edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Politico” portalında məlumat yayılıb.
“Biz İŞİD-i parçaladıq və ən tez zamanda Suriyadan çıxacağıq. İndi qoy başqa insanlar onunla məşğul olsun”, – deyə Tramp Ohayo ştatında etdiyi çıxışda bildirib.