Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı

Baxış sayı: 3. 446 dəfə baxılıb.

Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı

ABŞ prezidenti Donald Tramp ölkəsinin bütün tarixi boyunca buraxdığı ən pis səhvi açıqlayıb. 

Onun sözlərinə görə, bu, Corc Buş tərəfindən ABŞ qoşununun Yaxın Şərqə yeridilməsidir. 

ÇıxışYolu.Com xəbər verir ki, o, bu fikirləri “The Hill” nəşrinə müsahibəsində dilə gətirib. 

“Obamanın əsgərləri oradan çəkməsi yanlış idi, ancaq fikrimcə, ən böyük səhv qoşunun oraya yeridilməsi idi. Bu, ABŞ tarixinin ən pis səhvidir”, – Tramp bildirib.   

O əlavə edib ki, ABŞ Yaxın Şərqdəki əməliyyatlara yeddi trilyon dollar xərcləyib, hər iki ölkənin insan itkisi isə milyondan çoxdur. 

“Milyonlarla həyat…”, – prezident qeyd edib.  

Pentaqonun məlumatına əsasən, ABŞ İraq, Əfqanıstan və Suriyada 2001-2018-ci illərdə 1,52 trilyon dollar xərcləyib. Ancaq Braun Universiteti bu rəqəmin 5,6 trilyon olduğunu bildirib. 

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.