Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
O, həmkarı ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada iki ölkə arasında “xüsusi münasibətlər”in olduğunu vurğulayıb.
RİA Novosti-nin məlumatına görə, ABŞ prezidenti həmkarıyla təkbətək söhbət zamanı yaxşı dialoq alındığını da qeyd edib:
“Sabah bizim işimiz çox olacaq. Bir çox məsələlər öz həllini tapacaq”