ABŞ prezidenti Donald Tramp Ağ evdə iftar süfrəsi açacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bsğlı ABŞ prezidentinin administrasiyası məlumat yayıb.
Tramp islam təşkilatların rəhbərləri üçün müqəddəs Ramazan ayında ənənəvi şam yeməyini bərpa etmək qərarına gəlib. Qonaqların siyahısı məlum deyil.
Ötən il Tramp iftarın keçirilməsi ənənəsini pozub. Bu ənənə 1999-cu ildən Ağ evdə keçirilirdi. Bunun əvəzinə ABŞ prezidenti həyat yoldaşı ilə şotland aktirsa Luiz Linton və maliyyəçi Stiven Mnuçinanın toy mərasiminə qatılaraq, müsəlman ölkələrinin nümayəndələri tərəfindən tənqid olunmuşdu.