Tramp atasının doğum yerini unutdu

Baxış sayı: 3. 620 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp səhvən atasının Almaniyada doğulduğunu bildirib.

Bu barədə “Associated Press” məlumat yayıb.

“Mənim atam alman olub, Almaniyanın gözəl məkanında doğulub. Ona görə Almaniyaya böyük məhəbbət bəsləyirəm”, – deyə amerikalı lider NATO baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Donald Trampın atası Fred, əslində, Almaniyada yox, Nyu-Yorkda almandilli ailədə dünyaya göz açıb. “Associated Press” Trampın atasını Almaniyada doğulmuş babası Fridrixlə səhv saldığını yazır. O, yeniyetməlik illərində, 1885-ci ildə Nyu-Yorka mühacirət edib, daha sonra ABŞ-ın qərb bölgəsinə köçüb.