ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşdən imtina etməyə hazırdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri “Fox News” telekanalına müsahibə verən vitse-prezident Mayk Pens deyib.
“Kim Çen In Trampla oynaya biləcəyini fikirləşməklə böyük səhv edir”, – o deyib.
Vaşinqtonun Pxenyanla sammiti ləğv edəcəyi ilə bağlı suala Pens belə cavab verib:
“Bu, sual deyil”.
ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək. Mayın 16-da Pxenyan qeyd edib ki, sammitdə iştirak məsələsinə yenidən baxa bilər.