ABŞ prezidenti Donald Tramp İran və Rusiyanı Yaxın Şərqdə problemlər yaratmaqda ittiham edib.
ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bunu Ağ Ev rəhbəri Fransa prezidenti Emmanuel Makronla keçirdiyi görüşdə bildirib.
“Hara gedirsən get, İran bütün problemlərin arxasında dayanır, xüsusilə Yaxın Şərqdə. Yəmən, Suriya, bunların arxasında İran dayanır. Təəssüflər olsun ki, Rusiyanın da bunda iştirakı gündən-günə artır”, – deyə Tramp bildirib.