Tramp “dünyanı xilas edəcək” saziş imzalamağa hazırlaşır

Tramp “dünyanı xilas edəcək” saziş imzalamağa hazırlaşır

Baxış sayı: 4. 227 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Şimali Koreya lideri Kim Çen In ilə danışıqlar uğurla nəticələnəcək.

ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə o, Pensilvaniyada siyasi mitinq zamanı söyləyib.

“Biz oturaraq bütün dünya üçün möhtəşəm saziş bağlaya bilərik”, – ABŞ lideri qeyd edib ki, müqavilə ümumi nüvə gərginliyini azalda bilər.    

Tramp və In mayın sonunda görüşməli idilər. Tərəflər Pxenyanın nüvə sınağı ilə bağlı imtinasını müzakirə edəcəklər.

Son 25 il ərzində Amerika nümayəndələri Pxenyana 6 dəfə səfər edib. Lakin indiyə qədər ABŞ-ın fəaliyyətdə olan prezidenti Şimali Koreyanın mərkəzinə rəsmi səfərə getməyib.

www.ÇıxışYolu.Com