ABŞ prezidenti Donald Tramp aprelin 24-də ABŞ prezidentlərinin ənənəvi mesajında 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməyib.
ÇıxışYolu.Com xəbər verir ki, bunun əvəzinə o, “böyük fəlakət” ifadəsini işlətməyə üstünlük verib.
Ermənilərin və erməni diasporunun gözləntilərinə baxmayaraq, Tramp sabiq prezident Barak Obamanın ənənəsini pozmayıb
“Bu gün 1915-ci ildəki dəhşətli hadisəni xatırlayır və anırıq”, – o qeyd edib.