ABŞ-nin keçmiş prezidenti Donald Tramp ermənipərəst mövqeyi ilə tanınan və
Bakı əleyhinə sanksiyaların təşəbbüskarı olan Adam Şiffi “ölkənin daxili
təhlükəsi” adlandırıb.
Cixisyolu.com-ın verdiyi məlumata görə, o, bu barədə “Fox Business”ə verdiyi
müsahibədə deyib.
Tramp ölkənin daxili düşməni və ağılsız adam adlandırdığı Adam Şiffi Birləşmiş
Ştatların əsas xarici rəqibləri, o cümlədən Rusiya və Çindən daha təhlükəli
hesab etdiyini vurğulayıb.
“Mən həmişə deyirəm ki, bizim daxili və xarici olmaqla iki düşmənimiz var.
Məncə, daxili düşmənimiz Çin, Rusiya və bütün bu kimi ölkələrdən daha
təhlükəlidir. Ağıllı prezident xarici rəqiblərin öhdəsindən kifayət qədər
asanlıqla gələ bilər, lakin Adam Şiff kimi bizdə olan dəlilərlə başa çıxmaq çox
çətindir. Mən onu daxili düşmən adlandırıram”, – deyə Tramp bildirib.