Tramp güclü dollara qarşı çıxdı

Baxış sayı: 3. 129 dəfə baxılıb.

Tramp güclü dollara qarşı çıxdı

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin siyasətini tənqid edib. 

Reuters”in məlumatına görə, o, güclü dolların dünya ölkələrini ABŞ-la ticarətdən çəkindirdiyini bildirib. 

Tramp qeyd edib ki, Federal Ehtiyat Sisteminin sərt monetar siyasəti dolların güclənməsinə təsir göstərsə də, ABŞ-ın rəqabətə davamlılığına zərbə vurub. 

“Güclü dolların tərəfdarıyam. Lakin bu dolların ölkəmizin xeyrinə olmasını istəyirəm”, – deyə o vurğulayıb.