ABŞ prezidenti Donald Tramp hərbçilərin miqrantlara atəş açmağına icazə verən fərman imzalayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ lideri sərhəddəki hərbçilərə lazım gələrsə, miqrantlara güc tətbiq etməyə icazə verib.
“Başqa çıxış yolum yoxdur”, – deyə prezident qeyd edib.
Tramp bildirib ki, Ağ Ev miqrantlara nəzarət etmənin mümkünsüz olduğunu hesab edərsə, Meksika ilə sərhədi tamamilə bağlaya bilər.